Rusiya Ermənistan sərhədində nəzarəti gücləndirəcək
Dünən Ermənistanın Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Qida Məhsullarının Təhlükəsizliyi Xidmətinin rəhbəri İşhan Karapetyan və Rusiya FTX Sərhəd Xidmətinin rəisi Anatoli Mixeyev Ermənistanın İran və Türkiyə ilə sərhədində veterinar vəziyyətə nəzarətin gücləndirilməsi üzrə addımları müzakirə ediblər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Görüşün gedişatında həmsöhbətlər sərhəd zonasında və yaşayış məntəqələrində veterinar-epidimoloji vəziyyəti, eləcə də Ermənistan ərazisinə heyvanların infeksion xəstəliklərinin keçməsinin qarşısının alınmasını müzakirə ediblər”, - məlumatda deyilir.
Əsasən, tərəflər doqquz İran əyalətində qeydə alınmış quş qripinə toxunublar. Bu hadisə ilə əlaqədar Ermənistana müvəqqəti olaraq bu ölkədən quş ətinin gətirilməsi məhdudlaşdırılmışdı. Həmsöhbətlər qeyd ediblər ki, İran və Türkiyədən təhdidin qarşısının alınması və kənd təsərrüfatı heyvanlarının gətirilməsinə nəzarətin gücləndirilməyin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Ermənistanın Türkiyə və İran ilə sərhədinin mühafizəsi Rusiya sərhəd qoşunları tərəfindən həyata keçirilir.
Mənbə:> Oxu.az