“Reina” qətliamını planlaşdıran şəxsin adı açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

“Reina” qətliamını planlaşdıran şəxsin adı açıqlandı

“Reina” qətliamını planlaşdıran şəxsin adı açıqlandı


Türkiyənin “Milliyet” qəzeti Yeni il gecəsi 39 nəfəri gecə klubunda qətlə yetirən şəxs barədə şok məlumatlar əldə edib.

Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gah uyğur, gah da qırğız olduğu deyilən terrorçunu yönləndirən şəxsin kimliyini müəyyənləşdirib.

Araşdırma zamanı qeyd olunub ki, terrorçu 20 noyabrda həyat yoldaşı və iki uşağı ilə birgə Qırğızıstandan Konyaya gəlib.

Onun bir neçə dəfə Türkiyəyə giriş-çıxış etdiyi bildirilir. 29 dekabrda İstanbula gələn şəxsi “Yusif Hoca” kod adlı şəxs qarşılayıb.

O, terrorçunu Zeytinburnu ərazisindəki evində saxlayıb. Həmin mənzildə faciənin törədilməsi barədə terrorçuya ətraflı məlumat verilib.

O, qətliam günü isə Bulvar Prospektində taksiyə minib, telefonla “Yusif Hoca”ya zəng vuraraq terror barədə məlumat verib.

Polis hücumu planlaşdıran şəxsin, yəni kod adlı “Yusif Hoca”nın axtarışındadır.

Türkiyə mətbuatı isə hər iki şəxsin birgə çəkilən fotosunu yayımlayıb.

“Reina” qətliamını planlaşdıran şəxsin adı açıqlandı

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *