Türkiyədəki terrorda şübhəli bilinən şəxs barədə həqiqət ortaya çıxdı
Türkiyə mətbuatı İstanbulda gecə klubuna silahlı hücum etməkdə şübhəli bilinən şəxsin fotoları ilə bağlı yayılan məlumatları yenidən təkzib edib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, belə bir üzrxahlıqla “Milliyyet” çıxış edib.
“Milliyyet” bir neçə saat əvvəl yayımladığı fotoların redaksiyaya etibarlı mənbədən daxil olduğunu, lakin yanlışlığa yol verildiyini, ölkənin hüquq-mühafizə orqanlarının axtarığı terrorçunun həmin şəxs olmadığını etiraf edib.
Media orqanı bununla bağlı oxuculardan üzr istəyərək bildirib ki, İstanbulun hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmiş şəxs başqasıdır. Bununla yanaşı, bir sıra KİV orqanları polisin əlində olan son fotolar da yayımlayıblar.
Qeyd edək ki, bundan əvvəl pasport qeydiyyatından keçən şəxsin fotoları yayımlanmışdı. Onun xarici ölkə vətəndaşı və İŞİD üzvü olduğu bildirilirdi.
Yeni il gecəsi Türkiyənin İstanbul şəhərinin Ortaköy rayonundakı gecə klublarından birinə silahlı hücum olub. Terror aktı nəticəsində 39 nəfər ölüb, onların 16-sı xarici ölkə vətəndaşıdır.
Yerli vaxtla 01.15-də edilən silahlı hücum nəticəsində 69 nəfər yaralanıb.
01.01.2017 22:59
İstanbulda terror aktını törətmiş şəxsin fotoları yayımlanıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, onun pasport qeydiyyatından keçərkən çəkilmiş fotoları üzə çıxıb.
Terrorçunun xarici ölkə vətəndaşı və İŞİD üzvü olduğu bildirilir.
Qeyd edək ki, İstanbulda baş vermiş terror aktı nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. Yaralılardan bir neçəsinin vəziytyəti ağırdır.
Mənbə:> Oxu.az