Terror aktında ölən Nuranənin cənazəsi Azərbaycana gətiriləcək
Yanvarın 1-nə keçən gecə İstanbulun “Reina” klubuna silahlı hücum nəticəsində öldürülən Azərbaycan əsilli Rusiya vətəndaşı Nuranə Həsənovanın cənazəsi Azərbaycana gətiriləcək.
Aznews.info Report-a istinadən xəbər verir ki, bunu mərhumun qohumları belə istəyiblər.
Məlumata görə, N.Həsənovanın qohumları Rusiyanın Türkiyədəki səfirliyinə müraciət edərək cənazənin məhz Azərbaycana göndərilməsini xahiş ediblər və səfirlik onların xahişini müsbət cavablandırıb.
Qeyd edək ki, əvvəlcə ölən qadının Azərbaycan vətəndaşı olduğu güman edilib, amma sənədlərə baxdıqdan sonra onun Rusiya vətəndaşlığını ortaya çıxıb.
Mənbə:> Report.az