Türkiyə polisi İstanbuldakı terrorda şübhəli bilinən şəxsdən danışdı
İstanbulda “Reina” gecə klubuna hücumda İŞİD terror qruplaşması ilə bağlı olan Özbəkistan və ya Qırğızıstan vətəndaşı şübhəli bilinir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “CNN Türk” ölkə polisinə istinadən məlumat yayıb.
Yeni il gecəsi Türkiyənin İstanbul şəhərinin Ortaköy rayonundakı gecə klublarından birinə silahlı hücum olub. Terror aktı nəticəsində 39 nəfər ölüb, onların 16-sı xarici ölkə vətəndaşıdır.
Yerli vaxtla 01.15-də edilən silahlı hücum nəticəsində 69 nəfər yaralanıb.
Mənbə:> Oxu.az