Rusiyadan İstanbuldakı terror aktına REAKSİYA
Rusiya prezidenti Vladimir Putin İstanbulda törədilən terror aktı ildə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib.
“Yeni il şənliyində dinc sakinlərin qətli kimi daha alçaq cinayət təsəvvür etmək çətindir. Lakin terrorçulara insan əxlaqı anlayışları tamamilə yaddır. Terror təcavüzünə qətiyyətli müqavimət göstərmək bizim ümumi borcumuzdur”, - dövlət başçısı qeyd edib.
Putin həmçinin bildirib ki, terrorçuluğa qarşı mübarizədə Rusiya Türkiyənin etibarlı tərəfdaşı olub və olacaq.
Qeyd edək ki, son məlumata əsasən İstanbulun Ortakoy rayonunda yerləşən “Reina” gecə klubuna silahlı hücum zamanı 39 nəfər ölüb, daha 69 nəfər isə yaralanıb. Xəsarət alanlar arasında Azərbaycan vətəndaşları da var.
Mənbə:> Oxu.Az