İstanbuldakı gecə klubuna hücum anı » AzNews.info -Xəbər portalı

İstanbuldakı gecə klubuna hücum anı – VİDEO

İstanbuldakı gecə klubuna hücum anı


Sosial şəbəkələrdə İstanbuldakı “Reina” gecə klubuna hücumun görüntüləri yayılıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, yazını Twitter istifadəçisi Actu17 öz səhifəsində yerləşdirib.

Videodan görünür ki, naməlum şəxs gecə klubunun girişinə yaxınlaşaraq atəş açmağa başlayır. Xilas olmaq üçün bəzi insanlar kluba girirlər. Lakin terrorçu da onların ardınca gedir.

Digər videoda hücum edən şəxs klubun içində atəş açarkən görüntülənib. Silahlı şəxs ətrafa baxır, sonra isə otaqlarının birinə girir.

Qeyd edək ki, İstanbulun Ortakoy rayonunda yerləşən “Reina” gecə klubuna silahlı hücum zamanı 39 nəfər ölüb, daha 69 nəfər isə yaralanıb.





Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *