Qazaxıstanda yaşayış binasının uçması nəticəsində doqquz nəfər ölüb
Qazaxıstanın Karaqanda vilayətində çoxmərtəbəli yaşayış binasının uçması nəticəsində doqquz nəfər ölüb.
Aznews.info-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan DİN rəsmisi Ruslan İmankulov bildirib.
“Xilasedicilər dağıntılar altından üçü uşaq olmaqla, 9 nəfərin meyitini çıxarıb. Binanın uçması nəticəsində xəsarət alan daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib”, deyə R.İmankulov qeyd edib.
Onun sözlərinə görə, hazırda davam edən xilasetmə əməliyyatına 280 nəfər cəlb edilib.
İnsidentin səbəbləri araşdırılır.
Mənbə:> APA