Gürcüstan Kür çayı üzərində Su Elektrik Stansiyası tikəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Gürcüstan Kür çayı üzərində Su Elektrik Stansiyası tikəcək

Gürcüstan Kür çayı üzərində Su Elektrik Stansiyası tikəcək


Gürcüstan hökuməti ölkə ərazisində 5 yeni Su Elektrik Stansiyasının (SES) tikintisi barədə qərar qəbul edib.

Aznews.info “Report”un Gürcüstan bürosuna istinadla xəbər verir ki, bu stansiyalardan biri Tbilisi şəhərinin qərbində Kür çayı üzərində tikiləcək.

“Diqomi SES” adlanacaq yeni stansiya 17,5 MVt gücündə olacaq. Stansiyanın tikintisinə 35 milyon dollar vəsait ayrılacaq. Tikinti işlərinin 2,5 ilə başa çatdırılması nəzərdə tutulub.

Tbilisinin mərkəzində Ortaçala adlanan ərazidə, Kür çayı üzərində artıq bir stansiya fəaliyyət göstərir.

Gürcüstanın Energetika Nazirliyindən “Report”a bildiriblər ki, yaxın iki il ərzində ölkə ərazisində daha 4 stansiya tikiləcək. Stansiyaların tikintisi ilə əlaqədar tender elan edilib.
Yeni tikiləcək stansiyalardan biri Acariya Muxtar Respublikasının ərazisində, qalanları Gürcüstanın digər bölgələrində fəaliyyət göstərəcək.

Acariya ərazisindən keçən Kintrişa çayı üzərində tikiləcək “Koxi SES” stansiyası 11,2 MVt gücündə olacaq və onun inşasına 21 milyon dollar xərclənəcək.

Quriya regionunda Supsa və Baramidzeskali çayları üzərində 8,6 MVt gücündə “Suberi SES-2” və 5 MVt gücündə “Baramidze SES-2” stansiyaları inşa olunacaq. Bu stansiyaların tikintisinə 25,4 milyon dollar sərmayə yatırılacaq.

İmereti bölgəsində Kvirila çayı üzərində 4,2 MVt gücündə olacaq “Zestafoni-1 SES” stansiyasının tikintisi üçün isə 8,5 milyon dollar maliyyə vəsaiti sərf olunacaq.

Bəzi siyasətçilər və analitiklər yeni tikiləcək stansiyaların Gürcüstan ekologiyasına ciddi ziyan vuracağını iddia edirlər.

Nazirlikdə isə bildiriblər ki, bu stansiyaların tikintisi zamanı ekoloji tarazlıq tam qorunacaq və ətraf mühitə ziyan dəyməyəcək.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *