Zoopark kenqurunu vuran əməkdaşını işdən qovmaqdan imtina etdi – VİDEO
Sidneyin “Taronga Zoo” zooparkının rəhbərliyi kenqurunu vuran əməkdaşı Qreyq Tonkinsi işdən çıxarmaqdan imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb, nəşr Qreyqin kenqurunu öz itini müdafiə etdiyi üçün vurduğunu xatırladıb.
“Cənab Tonkins zooparkın əməkdaşıdır və işlədiyi altı il ərzində ən yaxşı standartlara uyğun olaraq heyvanlarla davranıb. Heyvanlarla davranışda yüksək standartlar “Taronga Zoo”nun əsas dəyərlərindəndir və biz ümid edirik ki, əməkdaşlarımız vəhşi təbiətdə də bu standartlara uyğun davranacaqlar”, - müəssisənin rəhbərliyi deyib.
Zooparkda həmçinin bu hadisənin müzakirə olunduğu bildirilib.
Qeyd edilir ki, Tonkins fillərə qulluq ilə məşğuldur.
Daha öncə dekabrda internetdə kenqurunun itini boğduğunu görən kişinin kisəliyə yumruq vurduğu əks edilən kadrlar yayılmışdı. Kenquru əvvəlcə yerində donub qalıb, daha sonra oradan uzaqlaşıb. Çarxda ətrafda daha bir itin olduğu görünür, ona görə də heyvanlardan hansının birinci hücum etdiyi məlum deyil.
Mənbə:> Oxu.az