Fransada dörd məscid bağlanıb
Fransada fövqəladə vəziyyət rejimi ilə nəzərdə tutulan tədbirlərə müvafiq olaraq dörd məscid bağlanıb.
Aznews.info Report-a istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
“Bu məscidlər Fransa Respublikasının dəyərlərinə uyğun olmayan və ictimai təhlükəsizliyə təhlükə yaradan radikal ideologiyanın yayılmasına xidmət edib”, - deyə DİN-in yaydığı rəsmi məlumatda bildirilir.
Sözügedən bütün ibadət evləri Paris yaxınlığında yerləşən İl-de-Frans regionunda- Val-de-Marn, İvelin və Sena-Sen-Deni departamentlərində yerləşir.
Fransada fövqəladə rejim 2015-ci ilin noyabrında Parisdə törədilən terror aktından sonra tətbiq edilib.
Mənbə:> Report.az