Hindistanda “BRICS”-in sammiti keçirilir » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Hindistanda “BRICS”-in sammiti keçirilir

Hindistanda “BRICS”-in sammiti keçirilir

.
Toplantının sonunda “BRICS” liderləri “Qoa qətnaməsi və fəaliyyət planı”nı imzalayacaqlar.

Hindistanın Qoa ştatında “BRICS”-in zirvə toplantısı keçirilir.

Oxu.Az-ın məlumatına görə, “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, sammitdə iştirak etmək üçün Rusiya prezidenti Vladimir Putin Hindistana gedib.

İnfromasiyaya görə, sammit iki gün, oktyabrın 15-16-də keçiriləcək.

Sammitdə terrorçuluğa qarşı mübarizə, Yaxın və Orta Şərqdəki vəziyyət, habelə energetika sahəsində əməkdaşlıq məsələlərinin də müzakirə ediləcəyi gözlənilir. Xəbərə görə, toplantının sonunda BRICS liderləri “Qoa qətnaməsi və fəaliyyət planı”nı imzalayacaqlar.

Məlumatda bildirilib ki, zirvə toplantısından əvvəl dövlət başçıları ikitərəfli görüşlər keçirəcəklər.
Rusiya prezidenti Hindistanın baş naziri Narendra Modi ilə görüşüb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, tərəflər arasında nüvə energetika sahəsinə əməkdaşlıq məsələsi müzakirə edilib.

Qeyd edək ki, “BRICS” abreviaturası Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrikanın ingiliscə baş hərflərindən yaranıb (ingiliscə Brazil, Russia, India, China, South Africa).

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *