Suriya-Türkiyə sərhədində partlayış: 20-dən çox ölən var
Suriya-Türkiyə sərhədində baş verən partlayış nəticəsində 20-dən çox adam ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Əl-Cazirə” telekanalı məlumat yayıb.
Məlumata görə, içində parlayıcının olduğu avtomobil sərhədyanı keçid məntəqəsində partlayıb. Hadisənin təfərrüatları araşdırılır.
Regionda fəaliyyət göstərən heç bir terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Mənbə:> Oxu.az