Rusiyada yeni cəza növü tətbiq ediləcək
Rusiya Federasiyası (RF) Cəzaların İcrası üzrə Federal Xidmətin direktor müavini Valeri Maksimenko gələn ildən yeni cəza növünün – icbari əməyin tətbiq ediləcəyini bildirib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Onun sözlərinə görə, bu, azadlıqdan məhrum etmənin daha bir alternatividir.
Maksimenko bildirib ki, təcridxanalara göndərilən məhkumlar orada adi həyat yaşayacaqlar, amma sərbəst şəkildə iş seçə və ya dəyişə, eləcə də islah müəssisəsinin rəhbərliyinin icazəsi olmadan mərkəzi tərk edə bilməyəcəklər.
Mənbə:> Oxu.az