Rusiyada Putinin təhqir olunması cinayət sayılacaq » AzNews.info -Xəbər portalı

Rusiyada Putinin təhqir olunması cinayət sayılacaq

Rusiyada Putinin təhqir olunması cinayət sayılacaq


Rusiya Dövlət Duması “Rusiya prezidentinin şərəf və ləyaqəti haqqında” qanun layihəsi hazırlayır.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, indi Rusiya liderinin təhqir edilməsinə görə vətəndaşlar cinayət məsuliyyətinə cəlb edilə və üç ildən altı ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Təşəbbüsün müəllifi deputat Roman Xudyakov 1990-cı ilin “Rusiya prezidentinin şərəf və ləyaqəti haqqında” qanuna əsaslanıb.

Qanun layihəsinin irəli sürülməsinə səbəb birbaşa Vladimir Putinə ünvanlanmış təhqirlərin olduğu videoçarxlardır. Deputatın bu videçarxları YouTube-dən aşkarladığını “İzvestiya” yazıb.

Xudyakov bu çarxların dərc edilməsi üçün cinayət işinin açılması tələbi ilə Baş prokurorluğa və Rusiyanın İstintaq Komitəsinə müraciət edib. Qanunverici əmindir ki, bu kontent Rusiya CM “Hakimiyyət nümayəndəsinin təhqir edilməsi”nə dair 319-cu maddəsinə düşür.

Hazırkı qanunvericiliyə görə, istənilən məmurun təhqir edilməsi Rusiya CM 319 maddəsinə düşür. Burada isə bir ilə qədər islah işləri nəzərdə tutulur. Xudyakov məhz dövlət başçısına ünvanlanan təhqirə görə daha sərt cəza tətbiq etmək təklifi verib.

Şərəf və ləyaqətin qorunmasına dair SSRİ köhnə qanununa görə, “prezidentin şərəf və ləyaqətinə xələl gətirilməsinə görə” üç ildən, KİV istifadə etdikdə isə altı ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *