Rusiyada “erməni soyqırımının” inkarına görə 5 il həbs cəzası » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Maraqlı

Rusiyada “erməni soyqırımının” inkarına görə 5 il həbs cəzası

Rusiyada “erməni soyqırımının” inkarına görə 5 il həbs cəzası

Deputatlar yeni qanun layihəsi hazırlayıblar.

Rusiyalı deputatlar qondarma “erməni soyqırımının” inkarına görə 500 min rubl məbləğində cərimə və 5 ilə qədər azadlıqdan məhrum etmə cəzasını tətbiq etməyi təklif edirlər.

Oxu.Az-ın məlumatına görə, bu barədə İnterfax-a “Ədalətli Rusiya” partiyasından məlumat verilib.

Məlumata görə, yeni qanun layihəsi Rusiya Dumasına müzakirəyə çıxarılması üçün təqdim edilib.

Qanun layihəsinə əsasən, 1915-1922 ci illər ərzində Osmanlı Türkiyəsində baş verən qondarma “erməni soyqırımının” inkar edilməsi, həmçinin bu cinayətlərə dəstək verilməsi 300 min rubl və ya iki illik əmək haqqı məbləğində cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrum etmə cəzasını tətbiq etmək təklifi edilir.

Əgər “soyqırım” KİV-in istifadəsi ilə inkar edilirsə, tətbiq olunan cərimə məbləğinin yuxarı həddini 500 min rubla qədər, azadlıqdan məhrum etmə cəzasını isə 5 il müddətinə qədər qaldırmaq təklif olunur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *