Suriyada kürd toyunda terror aktı: Ölənlər var – VİDEO
Terrorçu-kamikadzenin törətdiyi terror aktı nəticəsində Suriyanın Kürdistanında Əl-Hasaka əyalətində ən azı 20 nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə “Kurdistan24” portalı məlumat yayıb.
Partlayış kürd toyunda baş verib. 47 nəfər xəsarət alıb. Yaralananların hamısı yerli xəstəxanaya çatdırılıb.
Partlayışa görə məsuliyyəti “İslam dövləti” qruplaşması öz üzərinə götürüb.
Mənbə:> Oxu.az