Azərbaycan rəqabətqabiliyyətlilik indeksini yaxşılaşdırıb
Azərbaycan bir mövqe yüksələrək qlobal rəqabətqabiliyyətlilik göstəricisini yaxşılaşdırıb.
Oxu.Az xəbər verir ki, bu məlumatlar Dünya İqtisadi Forumunun tərtib etdiyi 2016-2017-ci illər üçün Qlobal rəqabətqabiliyyətlilik hesabatında təqdim edilib.
Məlumata görə, Azərbaycan artıq 138 ölkə arasında 37-ci sıradadır. Bu barədə KİV məlumat yayıb.
Dünya İqtisadi Forumun reytinqinin lideri yenidən İsveçrə oldu. İkinci yerdə Sinqapur, üçüncü yerdə isə ABŞ-dır. Böyük Britaniyanın Avropa İttifaqını tərk etmək üçün referendumunun nəticələrinə baxmayaraq, onuncu pillədən yeddinci pilləyə yüksəlib.
Qlobal rəqabətqabiliyyətlilik səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradan amillər kimi analitiklər təhsilin keyfiyyətini və əhatəsini, innovasiya potensialını və işgüzar mühitin yaxşılaşdırılmasını göstəriblər.
Mənbə:> Oxu.az