Gürcü siyasətçilər efirdə bir-birinə stəkan atdılar – VİDEO
Gürcüstan parlamentinə deputatlığa namizədlər canlı yayımda müzakirə zamanı dava salıblar.
Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik-Qruziya” məlumat yayıb.
“İberiya” telekanalının efirində rəqabət aparan siyasi qüvvələrin nümayəndələri İrakli Qlonti və Zaza Aqladze proqramda iştirak ediblər.
Qlonti Aqladzeni və onun tərəfdarlarını Rusiyanın maraqlarında fəaliyyət göstərməkdə ittiham edib. Cavab olaraq Aqladze rəqibinə içində su olan stəkanı atıb, rəqibi bu hərəkətə analoji cavab verib.
Aparıcı siyasətçiləri sakitləşdirməyə çalışıb, amma onlar əlbəyaxa olublar. Proqram dayandırılıb.
Qeyd edilir ki, İrakli Qlonti “Paata Burçuladzenin – Xalq üçün dövlət bloku”nu təmsil edir, bura sabiq prezident Mixail Saakaşvilinin tərəfdarları daxildir. Zaza Aqladze “Topadzenin – Sənayeçilər, Bizim vətən bloku”nu təmsil edir. Bu blok Tbilisinin NATO və Aİ daxil olmaqdan imtina etmək hesabına Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına tərəfdardır.
Mənbə:> Oxu.az