Arsen Avakova qarşı cinayət işi açılıb – VİDEO
Ukraynanın baş prokuroru Yuri Lutsenko ölkənin daxili işlər naziri Arsen Avakova qarşı cinayət işinin başlandığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Mən cənab Şabunindən də daxil olmaqla, hər gün onlarla insandan məktub alıram. Məhz Şabuninin məktubu əsasında, siz inanmayacaqsınız, DİN rəhbəri Avakova qarşı cinayət işi başlanılıb, çünki qanun qarşısında hamı birdir”, - “Sol sahil” proqramının efirində Lutsenko bildirib.
“Çünki hamı eynidir. Ukraynanın baş prokurorluğuna edilən müraciətlər eyni prossesual statusa malikdir”, - o vurğulayıb.
Bununla yanaşı, Lutsenko cinayət işinin hansı maddə ilə qaldırıldığını dəqiqləşdirməyib.
Xatırladaq ki, Avakovun adı fevralda qalmaqalda hallanıb. “YouTube”da DİN əməkaşları üçün çantaların alınmasına dair danışıq aparan Aleksandr Avakova (DİN rəhbərinin oğlu) və Sergey Çebotırya (Avakovun müavini) bənzəyən şəxslərin videosu yayılmışdı. “Azadlıq radiosu” burada söhbətin korrupsiyadan getdiyini ehtimal etmişdi – belə ki, çantalar saxta şirkətdən alına bilərdi.
Videodakı dialoqun tarixi 2014-cü ilin dekabr ayı göstərilib, 2015-ci ilin fevralında DİN həqiqətən 16,5 milyon qrivenlik (630 min dollar) çanta alıb.
Mənbə:> Oxu.az