Kuba və ABŞ uçuşları bəpa edir
Əlli il ərzində ABŞ və Kuba arasında ilk birbaşa müntəzəm reys avqustun 31-də Amerikanın “JetBlue” şirkəti tərəfindən həyata keçiriləcək. Təyyarə Santa-Klarudan Fort-Loderdeyldən (Florida) havaya qalxacaq.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə avqustun 25-də adanın nəqliyyat nazirinin müavini Eduardo Rodriqes bildirib.
“Müntəzəm reyslərin bərpası iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması prosesində müsbət addımdır”, - “Globovision” kanalı Rodriqesin jurnalistlərə dediyi sözlərdən sitat gətirib.
Bu uçuş 1963-cü ildən bəri ABŞ və Kuba arasında ilk müntəzəm reys olacaq.
Mənbə:> Oxu.az