Rusiya Tur Operatorları Assosiasiyası: Türkiyəyə uçuşlarda artım var
Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) Türkiyədə son dövrlərdə baş verən hadisələrə baxmayaraq, bu ölkəyə ucuşların artdığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, assosiasiyanın internet səhifəsində yer alan məlumata görə, rus vətəndaşlarının Türkiyəyə olan tələbi artıb və bununla da uçuşların sayında artım var.
Açıqlamada Rusiyadan Türkiyə istiqamətində endirimli uçuşlara məhdudiyyətin aradan qaldırılmasından sonra Antalya, Bodrum, Dalaman daxil olmaqla bir çox yeni reyslər açıldığı bildirilib.
Rusiya Mülki Aviasiya Təşkilatı isə bir müddət əvvəl etdiyi açıqlamada Türkiyə istiqamətində uçuşlara edilən məhdudiyyətin aradan qaldırıldığını qeyd etmişdi.
Türkiyə istiqamətində çarter uçuşlarına qoyulan məhdudiyyətlər isə hələ də qalmaqdadır.
Güman edilir ki, bu məsələ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin avqustun 9-da Sankt-Peterbruqda keçiriləcək görüşündə müzakirə ediləcəyi gözlənilir.
Mənbə:> Oxu.az