Münhendəki atışmada 3 Türkiyə vətəndaşı ölüb
Almaniyanın Münhen şəhərində baş vermiş silahlı insident nəticəsində ölənlərdən 3 nəfəri Türkiyə vətəndaşıdır.
Oxu.Az Haberturk nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, həlak olanlar hər birinin 15 yaşı olan Can Leyla, Səlcuq Kılıç və 1971-ci il təvəllüdlü Sevda Dağdır.
Qeyd edək ki, Münhendə baş vermiş silahlı atışma nəticəsində 10 nəfər ölüb, 27 nəfər xəsarət alıb. Atəş açan şəxs də sonradan özünü öldürüb.
Mənbə:> Oxu.az