Rusiya turistlərini Türkiyədən çıxarır
Türkiyədə baş tutmayan dövlət çevrilişindən sonra 4,5 min rus turisti ölkədən çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə aviadispetçer dairəsindəki mənbə bildirib.
Turistləri vətənə “Aeroflot”un və Türkiyə aviaşirkətlərinin mütəmadi və əlavə reysləri ilə çatdırılıb. Ümumilikdə Rusiyaya 55 reys yerinə yetirilib.
Agentliyin mənbəsinin sözlərinə görə, Türkiyə aeroportlarında sərnişinlərin sıxlığı müşahidə edilməyib. Rusiyalıları uçuşa qədər konsul xidmətinin əməkdaşları müşayiət ediblər.
Mənbə:> Oxu.az