Türkiyə ABŞ və Rusiyaya xəbərdarlıq etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Türkiyə ABŞ və Rusiyaya xəbərdarlıq etdi

Türkiyə ABŞ və Rusiyaya xəbərdarlıq etdi


Rusiya və ABŞ səmimidirsə, birlikdə BMT-yə getməlidirlər. BMT Suriyada uçuşa qadağan olunan bölgə elan etməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş deyib.

Qurtulmuş bildirib ki, Suriyada sülhün təmin olunması üçün Rusiyaya təzyiq edilməlidir:

“Türkiyə Suriya sərhədində baş verən prosesləri diqqətlə izləyir. Bu, birbaşa Türkiyənin suverenliyi ilə bağlı olan məsələdir. Orada daha çox qan axmaması üçün mübarizə aparırıq. Suriyada sülh istəyən hər kəs Rusiyaya təzyiq etməlidir. PYD və İŞİD-in hücumlarına qarşılıq verdik. Bu səbəbdən Rusiya tərəfindən BMT-yə şikayət edilməsi anlaşılan deyil. BMT müharibə cinayətlərinə qarşı ciddi mövqe ortaya qoymalıdır. Rusiya və ABŞ səmimidirsə, birlikdə BMT-yə getməlidirlər. ABŞ və Rusiya məsuliyyətlərini dərk etməlidir. Suriyada uçuşa qadağan edilən bölgə yaradılmalıdır”.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *