Antalyanın turist itkisi davam edir » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Antalyanın turist itkisi davam edir

Antalyanın turist itkisi davam edir

Türkiyənin turizm mərkəzi hesab edilən Antalyada turist itkisi son yeddi ayda 2,5 milyon nəfəri aşıb.

Oxu.Az bu barədə “Milliyyət”ə istinadən xəbər verir.

2016-cı ilin əvvəlindən bu yana şəhərə gələn ziyarətçi sayı 5,3 milyondan 2,7 milyon nəfərə düşüb. İyulun ilk 20 günündə isə şəhər 580 min ziyarətçi itirib. Bununla da Antalyanın yeddi aylıq ziyanı 2,5 milyon nəfəri keçib.

2014-cü ilin ilk yeddi ayında Antalyaya 5,7 milyon, 2015-ci ildə 5,2 milyon nəfər ziyarət edib. 2016-cı ildə isə bu rəqəm 47% azalma ilə 2,7 milyon nəfərə enib.

İyul ayının ilk 20 günlük dövründə Antalyaya gələn turist sayı 2014-cü ildə 1,2 milyon idi. 2015-ci ildə isə bu 1,1 milyon nəfərə enmişdi. Böhranın dərinləşdiyi 2016-ci ilin ilk iyul ayının 20 günlük dövründə turist sayı 48% və ya 610 min nəfərə qədər azalıb.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *