Fransada üçgünlük milli matəm günü elan edilib
Fransa hakimiyyəti iyulun 14-də Nitsada törədilən və 80-ə yaxın insanın öldüyü terror aktının qurbanlarının xatirəsinə üçgünlük milli matəm elan edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Manuel Vals Yelisey sarayında Müdafiə Şurasının iclasının nəticələrinə görə bəyan edib.
“Respublika prezidenti 16, 17 və 18 iyul tarixlərində Nitsada terror aktı qubanlarının xatirəsinə milli matəm elan etmək qərarına gəlib. Bayraqlar bu gündən enidiriləcək”, - hökumət başçısı bildirib.
Mənbə:> Oxu.Az