Nitsada terror aktı: 80-dən çox ölən var – FOTO + VİDEO
Nitsa şəhərində baş verən terror aktında ölənlərin sayı 84-ə çatıb.
Oxu.Az bu barədə Fransanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
09:51
Bastiliyanın fəthi şərəfinə bayrama toplaşan və sahildə gəzən insanlara çırpılan yük maşınının sükanı arxasında əslən Tunisdən olan 31 yaşlı Nitsa sakini olub.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Nice Matin” məlumat verib.
“iTele” telekanalı öz növbəsində məlumat verib ki, bu şəxs hüquq-mühafizə orqanlarına məlumdur, amma söhbət kiçik qayda pozuntularından gedir. Onun terrorçularla əlaqəsi üzə çıxarılmayıb.
Cümə axşamı günü yük maşını Nitsanın İngilis sahilində Bastiliyanın fəthi şərəfinə atəşfəşanlığa tamaşa etməyə yığılan kütləyə çırpılıb. Şahidlərin sözlərinə görə, yük maşını dayanmadan təxminən iki km yol qət edərək insanları əzib. Daha sonra o atəş açıb. Son məlumata görə, 80-ə yaxın insan ölüb.
09:45
Fransanın Nitsa şəhərində 80-dən çox insan ölüb.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə RTBF teleradio şirkəti məlumat yayıb.
“İlkin məlumata görə, ölənlərin sayı 80-dən çoxdur, 100-dən çox yaralı var”, - məlumat dəqiqləşdirilir.
Yerli vaxtla təxminən saat 22:30-da yük maşını Nitsanın İngilis sahilində Bastiliyanın fəthi şərəfinə atəşfəşanlığa tamaşa etməyə yığılan kütləyə çırpılıb.
Məlumata görə, bundan sonra atəş açılıb.
Şəhər icra hakimiyyəti nümayəndələri baş verənləri terror aktı adlandırıblar. Yük maşınının sürücüsü polis tərəfindən zərərsizləşdirilib.
Mənbə:> Oxu.Az