Almaniya XİN türk əsilli deputatlara Türkiyəyə getməməyi məsləhət görüb » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Almaniya XİN türk əsilli deputatlara Türkiyəyə getməməyi məsləhət görüb

Almaniya XİN türk əsilli deputatlara Türkiyəyə getməməyi məsləhət görüb

Almaniyanın Xarici İşlər Nazirliyi türk əsilli deputatlara gizli müraciət edərək, yaxın zamanlarda Türkiyəyə getməməyi məsləhət görüb.

Oxu.Az-ın Spiegel Online nəşrinə istinadən məlumatına görə, bildirilir ki, deputatlar Türkiyəyə gedəcəkləri təqdirdə onların təhlükəsizliyinə zəmanət verilməyəcək.

Hazırda türk əsilli deputatların əksəriyyəti Türkiyəyə ezamiyyət və məzuniyyətlərdən imtina edib. Deputatlardan biri hətta Türkiyədə yaşayan valideynlərindən başqa ölkəyə köçmələrini xahiş edib.

Xatırladaq ki, iyunun 2-də Almaniya Bundestaqının deputatları 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin “soyqırım” kimi tanınması haqqında qətnamə qəbul ediblər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *