Amerikalı xüsusi təyinatlılar Suriyada - FOTO
ABŞ-ın xüsusi əməliyyat qüvvələrinin Komandanlığının hərbçilərinin fotoları yayılıb. Onlar Suriya ərazisində kürd qüvvələri ilə bərabər “İslam dövləti”nin (İŞİD) paytaxtı Rakkaya hücumu həyata keçirirlər.
Oxu.Az Lifejournal-a istinadən xəbər verir ki, fotolar 2016-cı ilin mayın 26-da Rakkadan şimalda Fatis yaşayış məntəqəsi ərazisində çəkilib.
Hərbçilərin formasında kürdlərin YPG qüvvələrinin şevronu (fərqlənmə nişanı) var.
Daha öncə ABŞ prezidenti Barak Obama Suriya ərazisinə “Xilafət” ilə mübarizə üçün ABŞ-ın xüsusi əməliyyat qüvvələrinin Komandanlığının 250 hərbçisinin yeridildiyini bəyan etmişdi.
Məlumata görə, 50 amerikalı hərbçi Suriya ərazisində kürd qüvvələrinin təlimi ilə məşğul olur.
Mənbə:> Oxu.Az