İranda İnstaqramdan mənəviyyatsız istifadəyə görə həbslər
İran hakimiyyəti İnstaqramı mənəviyyatdan uzaq məqsədlə istifadə etdiyinə görə 8 nəfəri həbs edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Tehranda kompüter cinayətləri üzrə məhkəmə rəhbəri Cavad Babai bildirib.
Həbslər “Hörümçək II” əməliyyatı çərçivəsində həyata keçirilib, iki il sürən əməliyyat zamanı isə hətta gizli casuslar da cəlb edilib. Hüquq mühafizəçilərinin məqsədi digər qayda pozanlarla yanaşı, İranda qadağan edilmiş şəkildə, yəni hicabsız fotolarını yerləşdirən model qadınların üzə çıxarılmasıdır.
Məhkəmə şikayətində 170 fotoqrafın, qrim edən, model və gözəllik salonlarının menecerlərinin adı yer alıb. Onlar İnstaqramda foto və video paylaşmaq üçün akkaunt açıblar.
“Onlar mənəviyyatdan uzaq, islama zidd olan mədəniyyəti yayırdılar”, - məhkəmə başçısının rəhbərinin sözlərini France-Press agentliyi sitat gətirib.
O əlavə edib ki, həbslərdən başqa hakimiyyət 20-dən çox şübhəliyə qarşı cinayət işi açıb.
İranda Facebook, Twitter və YouTube blok edilib, amma İnstaqrama çıxış var və o, iranlılar arasında populyarlıq qazanıb.
Mənbə:> Oxu.Az