NBA ulduzu “müsəlmanam” dedi və…
Amerika Milli Basketbol Assosiasiyasında (NBA) Klivlend formasını geyinən basketbolçu Dion Vaiters hərəkəti ilə bir çox amerikalını qəzəbləndirib.
ANS PRESS-in məlumatına görə, “NBA”da “Klivlend” forması geyinən basketbolçu Dion Vaiters ABŞ milli himnini oxumaqdan imtina edib. Buna səbəb kimi o, himnin mətninin içərisində xristianlıqla bağlı məqamlar olduğunu əsas göstərib.
Baketbolçu ötən günlərdə “Klivlend” “Utah Jazz”la qarşılaşmasından əvvəl himn oxuyan yoldaşlarına qoşulmamışdı. Bu barədə çox söz-söhbətlər getsə də, o nəhayət Ohayoda keçirilən mətbuat konfransında məsələyə aydınlıq gətirib.
Vaiters müsəlman olduğunu və dini inanclarına əsasən ABŞ-ın milli himnini oxumadığını, həmin vaxt soyunma otağında gözlədiyini bildirib. Onun bundan sonra necə addım atacağı bilinmir.
Xatırladaq ki, bir neçə il əvvəl Mahmud Abdul rauf adlı basketbolçu da himn oxumamış və “NBA” tərəfindən cəzalandırılmışdı.
Mənbə:> ANSPRESS