İŞİD tüktəmizləmə reklamında
Türkiyədə bir şirkət tüktəmizləmə reklamında bilmədən həbs olunmuş "Əl-Qaidə" üzvünün görüntüsündən istifadə edib. Reklamda Quantanamoda olan Xalid Şeyx Məhəmmədin şəklindən yararlanıblar.
O, ABŞ-da baş verən 11 sentyabr hücumunun təşkilatçısı olmaqda ittiham olunaraq həbs edilib.
O fotoda ağ köynək geyinib, sinəsində və kürəyində isə tüklər görünür. Foto 2003-cü ildə o, Pakistanda tutulandan sonra çəkilib.
Sözügedən şirkət bu fotodan "tüklər özləri tökülməyəcək" şüarı ilə istifadə edib.
Baş verən qalmaqaldan sora reklam şirkətinin rəsmisi açıqlama verməyə məcbur olub. Belə ki, sözçü Xalid Şeyx Məhəmmədin fotosunun terrorçu olmasına görə deyil, tüklü olmasına görə seçilib. "Biz onun terrorçu olduğunu bilmirdik. Kişi xeyli tüklüdür. Bədəninin bizim məhsula uyğun olduğu üçün seçdik. İşin bura gələcəyini bilmirdik".
Mənbə:> ANSPRESS