Bu prezident gülüşü ilə təəcübləndirdi – FOTOLAR
Dünyanın ən qapalı ölkəsi olan Şimali Koreyanın prezidenti Kim Çen In yenə üzə çıxıb. Bu dəfə o yeni inşa edilən internat evlərində olub. Bu dəfə o adət etdiyimiz kimi görünməyib. belə ki, adətən əsəbi görkəmi olan Kim Çen In uşaq evlərini gəzərkən çox sevincli olub. Onun üzündən gülüş əksik olmayıb.
ANS PRESS-in məlumatına görə, fotolar mətbuatda "Kimin ən yumşaq üzü" adı ilə dərc edilib. Fotolarda Şimali Koreya prezidenti gülər üzlə uşaqlar üçün olan oyun hovuzunun kənarında, yataqları yoxlayarkən görünür.
O, hətta uşaqlarla söhbət edərək qəhqəhə də çəkib.
Son bir necə tədbirə qatıldığı kimi bu dəfə də onun əlində əsa olub.
Kim Çen In onu gülər üzlü görməyən dünya mətbuatını təəcübləndirib.
Mənbə:> ANS PRESS