Prezidentlə xanımının məktəbli ilə söhbəti: “Çağır, gələk ad gününə”
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın Gəncəyə səfəri barədə məlumat vermişdik.
“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində prezident və xanımı Cavad Xan küçəsində olublar.
Dövlət başçısı burada sakinlərlə görüşüb söhbət edib.
İlham Əliyev: Salam, necəsiniz?
Sakin: Çox sağ olun, cənab Prezident. Oğlum bayaqdan Sizi görmək istəyir. Xüsusi istedadlı uşaqlar sinfində oxuyur. Sizə bir neçə dəfə internetlə məktub da göndərib.
İlham Əliyev: Neçə yaşı var?
Sakin: Beşinci sinifdə oxuyur.
İlham Əliyev: Adın nədir?
Uşaq: Adım Emindir. Müəlliməm bizə danışmışdı ki, bir dəfə bir uşaq Kraliça Elizabetə məktub yazaraq onu öz ad gününə dəvət edir. Kraliça da onun ad gününə gəlir.
Mehriban Əliyeva: Sən də bizi çağır, gələk sənin ad gününə.
İlham Əliyev: Əlbəttə, biz də gələrik. Sənin ad günün nə vaxtdır?
Emin: 19 mart.
İlham Əliyev: Novruz bayramı ərəfəsində. Çox yaxşı. Sağ olun.
Mehriban Əliyeva: Uğurlar sizə.
Sonra dövlət başçısı və xanımı Cavad Xan küçəsindəki türk restoranına baş çəkiblər.
Restoran işçiləri: Xoş gəlmisiniz. Buyurun qonağımız olun. Biz əsasən türk yeməkləri bişiririk.
İlham Əliyev: Siz özünüz haralısınız?
Restoranın işçisi: Qaziantepdənəm. Restoranımıza gəldiyiniz üçün Sizə minnətdarıq.
İlham Əliyev: Sizə uğurlar arzulayıram, sağ olun.
Mənbə:> Qafqazinfo.az