Qadın voleybolçularımız yarımfinala yüksəldi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Voleybol

Qadın voleybolçularımız yarımfinala yüksəldi

Qadın voleybolçularımız yarımfinala yüksəldi

Yarımfinalda həmyerlilərimiz Türkiyə yığması ilə qarşılaşacaqlar.

Bu gün Bakı-2015 Avropa Oyunlarında qadın voleybolçular arasında 1/4 final mərhələsinin oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, Azərbaycan yığması bu mərhələdə Niderland komandası ilə qarşılaşıb.

Hər üç setdə qalib olan voleybolçularımız (25:21, 25:23, 25:14) yarımfinal mərhələsinə yüksəliblər.

Qeyd edək ki, yarımfinalda həmyerlilərimiz Türkiyə yığması ilə qarşılaşacaqlar. Türkiyə 1/4 final mərhələsində Rusiyanı 3:1 hesabı ilə məğlub etmişdir.

Azərbaycan - Türkiyə oyunu iyunun 25-də saat 17:00-da başlayacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *