Voleybolçularımız məğlub oldular
Bakı-2015 I Avropa Oyunlarında kişi voleybolçuların yarışı davam edir.
AzNews.info Apasport-a istinadən xəbər verir ki, Bakı Kristal Zalında keçirilən turnirin IV turunda Azərbaycan yığması Polşa ilə qarşılaşıb.
Bu matçadək xal qazana bilməyən Bülənt Karslıoğlunun yetirmələri uğursuz çıxışını liderlə matçda da davam etdirib. Belə ki. rəqibinə heç bir setdə müqavimət göstərə bilməyən yığmamız 0:3 hesabı ilə uduzaraq, 1/4 final şanslarını rəsmən itirib.
Yığmamız kimi qrupumuzun digər autsayderi də son turun nəticəsindən asılı olmayaraq, mərhələ adlaya bilməyəcək. A qrupunda çıxış edən digər 4 komanda – Polşa, Fransa, Serbiya və Türkiyə isə 1/4 finala vəsiqəni təmin edib. B qrupunda Rusiyanın ardından Bolqarıstan da növbəti mərhələyə yüksəlib. Almaniya İtaliya ilə matçda 1 xal qazansa, qrupdan çıxacağı rəsmiləşəcək.
Qeyd edək ki, kişi voleybolçuların yarışında sonuncu tur iyunun 22-də keçiriləcək.
Mənbə:> Apasport.az