Su polosu üzrə yarışlar davam edir » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Video

Su polosu üzrə yarışlar davam edir – CANLI

Su polosu üzrə yarışlar davam edir


Bakı-2015 I Avropa Oyunlarında bu gün su polosu yarışlarında növbəti oyunlar keçiriləcək.

AzNews.info Apasport.az-a istinadən xəbər verir ki, Vaterpol Arenasında kişilər III, qadınlar isə VI turun görüşlərinə çıxacaqlar.

Kişi komandaların yarışında B qrupunda yer alan Azərbaycan yığması növbəti ağır sınağına çıxacaq. İlk iki qarşılaşmadan məğlub ayrılan komandamız saat 18:45-də Almaniya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qadınların mübarizəsində də maraqlı oyunlar gözlənilir. A qrupunda Yunanıstan – Almaniya və Hollandiya – Macarıstan qarşılaşmaları gərgin mübarizə vəd edir.

B qrupunda ilk 3 turu itkisiz başa vuran Rusiya millisi bu uğurlu seriyanı daha bir güclü komanda İtaliya önündə də davam etdirməyə çalışacaq. Həmçinin İspaniya – Slovakiya qarşılaşması da az maraq kəsb etmir.


Mənbə: Apasport.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *