“Qarabağ”ın oyunçusu: Ermənilər və azərbaycanlılar bir-birinə nifrət edirlər » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

“Qarabağ”ın oyunçusu: Ermənilər və azərbaycanlılar bir-birinə nifrət edirlər

“Qarabağ”ın oyunçusu: Ermənilər və azərbaycanlılar bir-birinə nifrət edirlər


“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın “Seltik” klubuna qarşı oyunlar öncəsi ESPN nəşrinə açıqlama verib.

AzNews.info Azerisport.az-a istinadən xəbər verir ki, o, öncə bunları söyləyib:

“Çox insan Azərbaycan çempionatını tanımır. Amma mən şan-şöhrət axtarmıram, ailəmə kömək etməyə çalışıram. Premyer Liqa güclü olmaya bilər, amma maliyyə baxımından vəziyyət yaxşıdır. Ölkə gözəldir, paytaxt Bakı şəhəri Dubaya bərabər səviyyədədir. Kluba ciddi maliyyə vəsaiti yatırılır. İş strukturu fantastikdir. Komandanın artıq yeni gözəl stadionu var. Çox yaxşı məşq meydançamız var”.

“Qarabağ”ın doğma Ağdamda yox, Bakıda oynamasına toxunan Almeyda buna da aydınlıq gətirib:

“Müharibə komandamıza da təsirsiz ötüşməyib. Bu haqda mənə çox danışıblar. Qonşu Ermənistanla münaqişə çox ciddidir. Nə onlar Azərbaycana gələ bilirlər, nə biz oraya gedə bilirik. Müharibə həmişə ağırdır. İndi sözün həqiqi mənasında bu iki xalq bir-birini görmək belə istəmir”.

“Rus dilində danışanlar çox olsa da, Azərbaycan müsəlman ölkəsidir. Müsəlmanlar çoxluq təşkil edirlər. Burada siz alkoqollara, terroristlərə rast gələ bilməzsiniz. Amma qadınlar təsadüfi hallarda tək gəzirlər, onları daim müşayiət edən yaxınları olur. Ailəm, həyat yoldaşım buranı çox sevir. Baxmayaraq ki, mənim arzum daha güclü çempionatlarda top qovmaqdır. Bu, alınmasa, elə Azərbaycanda qalmaq istəyərdim”.

Mənbə: Azerisport.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *