Əfran İsmayılov “Qarabağ”da
“Qarabağ” futbol klubu bu yay ərzində 10-cu transferini həyata keçirdi.
Oxu.Az xəbər verir ki, daha öncə “Qarabağ”da çıxış etmiş 27 yaşlı yarımmüdafiəçi Əfran İsmayılov komandanın tərkibinə qatılıb.
““Qarabağ”a qayıtmaq xoşdur. Mən onun yetirməsiyəm və doğma komandama qayıtdım.
“Qarabağ”ın böyük vəzifələri var. Əlbəttə mən anlayıram ki, məni tərkibdə yer üçün rəqabət gözləyir, amma bu, məni qorxutmur. Mənim əsas məqsədim komanda üçün xeyirli olmaqdır”, - futbolçu bəyan edib.
Mənbə:> Oxu.Az