“Neftçi” daha bir futbolçu ilə vidalaşdı
“Neftçi” futbol klubu braziliyalı yarımmüdafiəçi Flavinyo ilə vidalaşıb.
Oxu.Az xəbər verir ki, “Germio”dan gələn braziliyalı “Neftçi”də 5 il ərzində oynayıb.
Bu illər ərzində Flavinyo 174 matçda iştirak edib (22 Avropa kubokunda) və 38 qol vurub. “Neftçi”nin tərkibində üç dəfə Azərbaycan çempionu olub və iki dəfə ölkə kubokunu qazanıb.
Xatırladaq ki, mövsümün yekunlarına görə, “Neftçi”ni bir neçə legioner, o cümlədən də Çilidən olan Nikolas Kanales tərk edib.
Mənbə:> Oxu.Az