"Neftçi"nin məşqində dava
"Neftçi" futbol klubunun məşqində dava düşüb.
ANS PRESS-in məlumatına görə, klubun legioneri Ernest Vebnje Nforun baş məşqçi Arif Əsədovun əlbəyaxa olduqları bildirilir. Baş məşqçi futbolçunu cəzalandıraraq əvəzedici heyətə göndərib.
Artıq "Neftçi" klubu da bununla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, "Neftçi" PFK-nın futbolçusu Ernest Vebnje Nfor çempionat oyunları və məşq prosesinə peşəkar səviyyəsindən aşağı yanaşdığı, eləcə də klubdaxili intizam qaydalarını pozduğu üçün məşqçilər korpusunun təqdimatına əsasən əvəzedici heyətə göndərilib.
Futbolçunun yüksək məbləğdə cərimə ediləcəyi də gözlənilir.
Mənbə:> ANSPRESS