Azərbaycanlı futbolçunun İspaniyanın qapısına vurduğu qol – VİDEO
Yunanıstanda gənclər arasında (U-19) futbol üzrə Avropa çempionatının final mərhələsi keçirilir.
Oxu.Az xəbər verir ki, qitənin 8 ən güclü komandalarının mübarizə apardığı turnirdə azərbaycanlı futbolçular da oynayırlar. Ramil Şeydayev və Ayaz Quliyev Rusiya yığmasının şərəfini qoruyurlar.
2-ci turun oyunları çərçivəsində Rusiya yığması İspaniyaya 3:1 hesabı ilə qalib gəlib. İspanların qapısına 3-cü qolu 54-cü dəqiqədə əslən azərbaycanlı olan Ramil Şeydayev vurub.
Rusiya-İspaniya oyunnun qısa icmalını, o cümlədən Ramilin vurduğu qolu sizə təqdim edirik:
Mənbə:> Oxu.Az