Aparıcı efirə lüt çıxdı – VİDEO
Fransa kanalında hava proqnozu aparıcısı efirini lüt təhvil verib.
ANS PRESS-in məlumatına görə, qız Fransanın Ukrayna yığmasını udub futbol üzrə dünya çempionatına qoşulduğu təqdirdə efiri lüt aparacağına söz verib.
Mümkünsüz hadisə baş verir və komanda cavab görüşündə qələbə qazanır. Qız sözün tutur, lakin bir az hiyləyə əl atır. O həqiqətən də hava proqnozunu lüt aparır, sadəcə xanımı çox uzaqdan çəkirlər.
Maraqlısı budur ki, bu oyunbazlığına görə qızı televiziyadan nəinki qovmayıblar, ona hətta mükafat belə söz veriblər.
Mənbə:> ANSPRESS