“Barselona” futbolçuları medallarından məhrum edildilər » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

“Barselona” futbolçuları medallarından məhrum edildilər

“Barselona” futbolçuları medallarından məhrum edildilər


UEFA “Barselona”nın dörd futbolçusunu Çempionlar Liqasının qızıl medalından məhrum edib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Klaudio Bravo, Xordo Masip, Tomas Vermalen və Duqlas Pereyra turnir ərzində 1 dəqiqə olsun belə meydana çıxmayıblar, lakin mükafatlandırma mərasimində digər futbolçular ilə birlikdə medal götürüblər.

UEFA-nın qaydalarına əsasən, ÇL-i qazanan komandanın heyətində yalnız turnir boyu iştirak edən futbolçulara medal düşür. Heyətdə heç vaxt yer almayanlar isə medalları özlərində saxlaya bilməzlər. Bu səbəbdən UEFA yuxarıda adları sadalanan 4 futbolçunu medaldan məhrum edib.

Xatırladaq ki, iyunun 6-da Berlində keçirilən Çempionlar Liqasının final qarşılaşmasında “Barselona” Yuventus”u 3:1 hesabı ilə məğlub etmişdir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *