"Real" Çempionlar Liqasında 1-ci səbətdə olmayacaq
UEFA Çempionlar Liqasının növbəti mövsümü üçün səbətlərdə dəyişiklik edib. “Qafqazinfo” xəbər verir ki, qitə futbol qurumu I səbətdə yer alacaq komandaların yalnız reytiqndə ilk 7 yeri tutan ölkələrin çempionları olacağını bildirib.
Ümumilikdə isə burada 8 komanda yer alacaq. Onlardan biri isə Çempionlar Liqasının son qalibi olacaq.
Lakin bu mövsüm “Barselona” və “Yuventus” həm ölkə çempionu olublar, həm də ÇL-in finalında oynayacaqlar. Bu səbəbdən də 8-ci komanda qitə reytinqində 8-ci olan Hollandiya çempionu PSV olacaq.
Belə ki, yeni qərara görə, “Barselona”, “Çelsi”, “Bavariya”, “Yuventus”, “Benfika”, PSJ, PSV və “Zenit” ilk səbətdən çıxacaqlar.
Qeyd edək ki, bun dan öncə reytinq xalı ən yüksək olan klublar ilk səbətdə yer alırdı.
Mənbə:> Qafqazinfo.az