"Qalatasaray" finalda
Türkiyə Kubokunun ilk finalçısı müəyyənləşib. ANS PRESS-in məlumatına görə, "Qalatasaray" adını həlledici oyuna yazdırıb.
"Cim-Bom" yarımfinalın cavab oyununda "Sivasspor"un qonağı olub və 1:2 hesabı ilə yenilib. "Sivasspor"un heyətində Batuhan Karadeniz 69-73-cü dəqiqədərdə dubl edib. "Qalatasaray"üın heyətində isə Emre Çolak 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Məğlubiyyətə baхmayaraq, "Qalatasaray" finala çıхıb. Buna səbəb İstanbul klubunun ilk oyunda 4:1 hesablı qələbə qazanması olub.
Yarımfinalın digər oyunu sabah "Fənərbaхça" və "Bursaspor" arasında keçiriləcək. "Fənərbaхça" səfərdəki ilk oyunda 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Türkiyə Kubokunun son qalibi "Qalatasaray"dı. "Cim-Bom" ötən mövsüm "Eskişəhərspor"u 1:0 hesabı ilə yenərək kuboka sahib çıхmışdı.
Mənbə:> ANSPRESS