Çempionlar Liqası: "Liverpul" "Barselona"nı darmadağın edərək finala yüksəldi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Çempionlar Liqası: "Liverpul" "Barselona"nı darmadağın edərək finala yüksəldi

Çempionlar Liqası: "Liverpul" "Barselona"nı darmadağın edərək finala yüksəldi

UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün yarımfinal mərhələsinin cavab qarşılaşması keçirilib.

Virtualaz.org bildirir ki, səfərdə İspaniyanın “Barselona” komandasına 3:0 hesabı ilə məğlub olan İngiltərənin “Liverpul” klubu bu dəfə doğma azarkeşlər önündə cavab görüşünə çıxıb. Meydan sahibləri matçın 7-ci dəqiqəsində hesabı açıblar. Divok Oriqi fərqlənib - 1:0. Birinci hissə bu hesabla başa çatıb.

Qarşılaşmanın ikinci hissəsinin 54-cü dəqiqəsində “Liverpul” komandası hesabı artırıb. Aleksander Alnordun cinah ötürməsini Corginio Vijnaldum dəqiq zərbə ilə tamamlayıb - 2:0. Qoldan 2 dəqiqə sonra “Liverpul” hesab arasındakı fərqi üç topa çatdırıb. Corginio Vijnaldum dəqiq baş zərbəsi ilə üçüncü qolu vurub - 3:0. Oyunun 79-cu dəqiqəsində isə “Liverpul” klubu sensasiya yaradaraq katalonyalıların qapısından dördüncü topu keçirib. Müdafiəçilərin səhvini oyunda dublunu rəsimləşdirən Divok Oriqi bağışlamayıb.

Qalan dəqiqələrdə “Barselona” klubunun cəhdlərinə baxmayaraq “Liverpul” komandası qapısını toxunulmaz saxlayıb. Beləliklə, "Liverpul" ikinci il ardıcıl olaraq UEFA Çempionlar Liqasının final mərhələsinə yüksəlib.

Mərhələnin ikinci yarımfinal oyunu Hollandiyada keçiriləcək. “Ayaks” İngiltərənin “Tottenhem” komandasını qəbul edəcək. Xatırladaq ki, bu komandalar arasında İngiltərədə baş tutan görüşdə “Ayaks” 1:0 hesabı ilə qalib gəlmişdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *