Azərbaycan millisinin baş məşqçisi istefa verdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Azərbaycan millisinin baş məşqçisi istefa verdi

Azərbaycan millisinin baş məşqçisi istefa verdi

Qadın voleybolu üzrə Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev istefa verib.

Bu barədə virtualaz.org-a Azərbaycan Voleybol Federasiyasının (AVF) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar məşqçilik karyerasını başa vurub.

Lakin o, məşqçiliyi atsa da, Voleybol Federasiyasının I vitse-prezidenti vəzifəsini icra etməkdə davam edəcək.

Bundan başqa, millimizin aparıcı üzvlərindən olan Natalya Məmmədova da yığma ilə vidalaşıb. Karyerasını Qazaxıstanın “Altay” klubunda davam etdirəcək Məmmədova bir daha millimizin formasını geyinməyəcəyini açıqlayıb. O bu qərarını gənc nəslə yol açması ilə əlaqələndirib.

Qeyd edək ki, bu gün Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub. II mərhələdə F qrupunda sonuncu yeri tutan yığma növbəti raunda vəsiqə qazana bilməyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *