Azərbaycan millisinin üzvü İspaniya klubunda » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Azərbaycan millisinin üzvü İspaniya klubunda – RƏSMİ

Azərbaycan millisinin üzvü İspaniya klubunda


Futzal üzrə Azərbaycan yığmasının və “Araz”ın üzvü Everton Kardoso (Qallo) karyerasını İspaniyada davam etdirəcək.

Yenicag.az xəbər verir ki, bu haqda futzalçı özü məlumat verib. Belə ki, “Araz”la müqaviləsi may ayında başa çatan Qallo ləqəbli müdafiəçi “Levante” ilə ortaq məxrəcə gəlib və 2018/19-cu il mövsümünü bu komandanın heyətində keçirəcək.

“Gələn mövsümdə “Levante”də oynayacağam. Klubun məşqçi heyətinə mənə olan inamına görə təşəkkür edirəm”, yazan Qallonun gedişini klubdan da təsdiqləyiblər.

Qeyd edək ki, 2016-cı ilin yayında “Araz”a cəlb edilən Qallo indiyə qədər 10 rəsmi oyunda millinin formasını geyinib. Klubunu dəyişən “13” nömrə Azərbaycan millisindəki karyerasını davam etdirəcək.

Mənbə: Yeniçağ.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *